Qurban payları sakinlərə verildi

27.05.2026 - 17:01

Qurban bayramı münasibəti ilə Şuşada qurban payları verildi

Milli-mənəvi birliyin, xeyirxah əməllərin carçısı olan Qurban bayramı respublikamızın bütün bölgələrində olduğu kimi Şuşa şəhərində də yüksək təntənə ilə qeyd edilib. Qurbanlar kəsilərək, sakinlərimizə əmin-amanlıq, cansağlığı və bol ruzi-bərəkət arzulanıb. Şəhid ailələrinə, qazilərə. müharibə veteranlarına və aztəminatlı ailələrə bayram payları evlərində təqdim olunub.

Xəbərlər