Şəhid Övladları Şuşada Tarixi Səfərdə: Naxçıvandan Gələn Ailələr Müqəddəs Torpaqlarla Tanış Oldular

14.08.2025 - 17:15

Naxçıvanda yaşayan şəhid övladları Şuşaya səfər ediblər

Avqustun 13-də Naxçıvan Muxtar Respublikasında yaşayan 63 şəhid ailəsi  “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin və “Cahan Şirkətlər Qrupu” MMC-nin təşkilatçılığı  ilə  Şuşa şəhərinə  ikigünlük səfər ediblər. Səfərin əsas məqsədi işğaldan azad edilmiş müqəddəs torpaqlarımızı, yurdumuzun tarixi-mədəni irsini, ecazkar təbiətini  şəhid övladlarına yaxından tanıtmaqdır.  “Xarıbülbül” otelində istirahəti təşkil olunan şəhid övladları Şuşanın  tarixi, gəzməli və görməli yerləri ilə   tanış olublar.

Xəbərlər