Sentyabr ayının 5-də Şuşa şəhərinə 30 ailə köçürülüb
Respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşmış Şuşa sakinlərindən 30 ailə - 102 nəfər öz doğma yurdlarına köçürülüb. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İskəndərov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktorunun müavini Vüqar Məhərrəmov sakinlərə mənzillərinin açarlarını təqdim edib. Açarların təqdimetmə mərasimində Nümayəndəliyin və Qoruğun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Beləliklə, Şuşa şəhərinə köçürülənlərin ümumi sayı 177 ailə - 672 nəfərdir.