Mədəniyyət paytaxtımızda Şuşa ilə Serbiyanın Novi Pazar şəhərləri arasında mədəniyyət, turizm, iqtisadiyyat və digər sahələri əhatə edən qardaşlaşma haqqında anlaşma memorandumu imzalandı.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin dəvəti ilə Şuşa şəhərində rəsmi səfərdə olan Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaçin rəhbərlik etdiyi nümayəndə heyəti ilk olaraq Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla görüşdü.
İmzalanma mərasimindən sonra qonaqlarla xatirə şəkli çəkildi, şəhərin tarixi məkanlarında gəzinti oldu.