“Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ndə təlim keçirilib

21.04.2026 - 16:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə Şuşa şəhərində yerləşən “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ndə təlim keçirilib.

FHN-in Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə xidmətlərinin və Qarabağ Regional Mərkəzinin müvafiq canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimin keçirilməsində məqsəd fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması olub.

Tədbirdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin  əməkdaşları və  Şuşa şəhəri Yeni Yaşayış Kompleksinin sakinləri iştirak edib.

Xəbərlər