Şuşa sakinlərindən 32 ailəyə mənzillərinin açarları təqdim edildi

25.05.2024 - 15:27

25 may 2024-cü il tarixində  Şuşa şəhərində 32 ailəyə mənzillərinin açarları təqdim olunub.  Beləliklə, 125 nəfər Şuşa sakini  öz doğma yurduna qovuşub.

Açarların təqdim edilməsi mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Aydın Kərimov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Şuşa sakinlərini ürəkdən təbrik edir, onlara yeni mənzillərində  xoşbəxt, firavan yaşamağı arzu edirik!


Xəbərlər