Şuşa şəhər 1 saylı tam orta məktəbin stadionunda Şuşa və Laçın məktəbliləri arasında futbol matçı keçirilib

05.08.2024 - 08:59

Şuşa şəhər 1 saylı tam orta məktəbin stadionunda Şuşa və Laçın məktəbliləri arasında futbol matçı keçirilib


Yarışda Şuşa şəhər 1 saylı tam orta məktəbin “Qala” komandası ilə Laçın rayonunun “Mərkiz” komandası qarşılaşıb. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Şuşada fəaliyyət göstərən digər qurumların rəhbər şəxsləri, Laçın rayonunda Bərpa - Tikinti və İdarəetmə Xidmətinin və “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları, təhsil işçiləri, şagirdlər, valideynlər oyunu izləyiblər.

Oyundan əvvəl Azərbaycan  Respublikasının Dövlət Himni səsləndirilib.

Torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Şuşa şəhər 1 saylı tam orta məktəbin komandası rəqibinə 11:7 hesabı ilə qalib gəlib. Qeyd edək ki, ötən həftə Laçın şəhərində keçirilən ilk oyun “Mərkiz” komandasının 8:2 hesablı qələbəsi ilə başa çatmışdı. 

Xəbərlər