Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində təhlükəsizlik tədbirləri çərçivəsində təlim keçirilmişdir

22.11.2025 - 16:00

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində təhlükəsizlik tədbirləri çərçivəsində təlim keçirilmişdir.

22.11.2025-ci il tarixdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində SƏTƏM üzrə təhlükəsizlik tədbirləri çərçivəsində təlim keçirilmişdir. Təlimdə Qoruq İdarəsinin əməkdaşları iştirak etmişdir.

"İdarə, inzibati bina, muzey və məscidlərdə işləyən məsul şəxslərin təhlükəsizlik texnikası və istehsalat sanitariyası" ilə bağlı təlimdə SƏTƏM üzrə mühəndis  İlyas Hacıyev  çıxış edərək bildirdi ki, işçilərin sağlamlığının qorunması, qəza və xəsarətlərin qarşısının vaxtında alınması və ətraf mühitin mühafizəsi SƏTƏM-in əsas məqsədidir.  

Təlimdə yanğının qarşısının alınması üçün təhlükənin önlənməsi ilə bağlı videoçarx nümayiş etdirilmişdir.

Tədbir diskussiya şəklində davam etmişdir.

Xəbərlər