Şuşa şəhəri növbəti sakinlərini qarşılayıb

21.12.2024 - 14:00

Şuşa şəhəri növbəti sakinlərini qarşılayıb

21 dekabr 2024-cü il tarixində Şuşa şəhəri növbəti sakinlərini qarşılayıb. Şuşa şəhər sakinləri -  49 ailə - 191 nəfər doğma yurdunda mənzillə təmin olunub. Respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşmış Şuşa şəhər sakinlərinə mənzillərinin açarları təqdim edilib. Açarların təqdimetmə mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İskəndərov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi icraçı direktorunun müavini Vüqar Məhərrəmov, Qoruq İdarəsinin və ANAMA-nın məsul əməkdaşları    iştirak ediblər. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə  təşəkkür edən Şuşa sakinləri torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsini ehtiramla yad edib, rəşadətli Azərbaycan Ordusuna, qəhrəman,  igid əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər.

Xəbərlər