Şuşa şəhəri ilk dəfə sakinləri ilə birgə Yeni ili qarşılayır.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Şuşa şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Güllü bağ” ərazisi bayram əhval-ruhiyyəsi ilə bəzədilib. Şuşa sakinlərinin rəsm və əl işlərindən ibarət sərgisi, hazırladıqları müxtəlif cür kulinariya növləri sakinlər və Şuşaya təşrif buyuran qonaqlar tərəfindən maraqla qarşılanır. Eyni zamanda, Şuşada fəaliyyət göstərən otel və restoranlar da bu tədbirdə iştirak edirlər.
Bayram tədbiri 2025-ci il yanvarın 13-dək davam edəcək.