Müqəddəs Qurban bayramı münasibəti ilə bu gün Şuşa şəhərində bayram namazı qılındı. Daha sonra Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə qurbanlar kəsildi, sakinlərə paylanıldı.