Şuşa şəhərində “Məzun günü”

15.06.2025 - 20:00

Şuşa şəhərində  “Məzun günü”

15 sentyabrda başlayan 2024-25-ci tədris ili başa çatdı. Bu gün Şuşa şəhərində  də "Son zəng" çalınıb. Şuşa şəhər 1 nömrəli tam orta məktəbinin XI sinfi üzrə bu il 8 nəfər məzun adını qazanıb. “Məzun günü” tədbirində iştirak edən Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Elm və Təhsil Nazirliyinin müşaviri Elnur Əliyev, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, qazilər, məktəb kollektivi və valideynlər iştirak ediblər. 

Əvvəlcə Dövlət Himni səsləndirilib. Torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda Şəhid olanların əziz xatirəsi dərin ehtiramla yad edilib. Tədbirdə çıxış edənlər məzunlara təbriklər söyləyərək, dogma Azərbaycanımıza, xalqımıza layiqli vətəndaş olmalarını arzuladılar, yeni yolun astanasında onlara uğurlar dilədilər.

Sonra məzunlara attestatlar təqdim olunub.

Xəbərlər