Şuşada Bülbülün Xatirəsi Anıldı: Dahi Sənətkarın Doğum Gününə Həsr Olunmuş Tədbir

22.06.2025 - 18:00

Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi, Xalq artisti Bülbülün 22 iyun doğum günü münasibətilə dahi şəxsiyyətin yaşadığı evdə xatirəsi anıldı. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimovun, Milli Məclisin deputatı, dahi Bülbülün yadigarı Polad Bülbüloğlunun, Bakı Musiqi Akademiyasını rektoru, Professor Fərhad Bədəlbəylinin, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzovun, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin məsul əməkdaşlarının, şəhər ictimaiyyətinin iştirak etdiyi tədbirdə Bülbülün həyat və yaradıcılığından bəhs edildi, onun Şuşaya olan sonsuz sevgisindən danışıldı. Atası haqqında öz xatirələrini danışan Polad Bülbüloğlu bu önəmli gündə, eyni zamanda Şuşanın dirçəlişində xüsusi xidmətləri olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılmasının 4-cü ili münasibəti ilə kollektivi təbrik etdi.

Xəbərlər