Şuşada minatəmizləmə prosesləri qısa müddətdə yerinə yetirilib

08.02.2023 - 15:37

Şuşa şəhərində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə minatəmizləmə mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin rəhbər müavini Sultan Hacıyev, BMT-nin İnkişaf Proqramının (BMT İP) Azərbaycan üzrə prezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros və digər rəsmilər iştirak ediblər.
İlk olaraq tədbir iştirakçıları Türkiyədə baş verən zəlzələ nəticəsində həyatlarını itirən insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov,  çıxışı zamanı ANAMA-nın dəstəyi ilə Şuşada minatəmizləmə proseslərinin qısa müddətdə yerinə yetirildiyini,  tarixi abidələrin sürətli bərpası prosesinə minaların mənfi təsir etdiyini diqqətə çatdırıb.  Aydın Kərimov, Şuşada 200-dən çox tarixi abidənin olduğunu və ermənilərin onların çox böyük hissəsini dağıtdığını, işğaldan dərhal sonra 5 tarixi abidənin bərpa edildiyini bildirərək, şəhərin yenidənqurma və bərpası  istiqamətində proseslərin ciddi nəzarət altında olduğunu söylədi.



Xəbərlər