Şuşaya Səfər Tam Ödənişsiz – Qeydiyyat Onlayn!

11.08.2025 - 11:15

Şuşaya gəliş ödənişsizdir – müxtəlif tətbiq və portallardan tam ödənişsiz istifadə edin!

Fərdi avtomobillə Şuşaya səfər etmək istəyirsinizsə, E-polis tətbiqi və https://yolumuzqarabaga.az/ saytı vasitəsilə tamamilə ödənişsiz olaraq  qeydiyyatdan keçə bilərsiniz.

İctimai avtobusla gəlmək istəyən sərnişinlər biletim.az tətbiqindən həm Qarabağa icazə qeydiyyatını, həm də avtobus biletini onlayn əldə edə bilərlər.

Şuşaya avtobusla tur təşkil etmək istəyən şirkətlər isə ŞŞDQİ-nin Turizmin inkişafı şöbəsinə müraciət edə bilərlər: portal tam ödənişsizdir. Səfər etmək istəyənlər şəhərdə bələdçi müşayiəti, gəzinti, tur və bu kimi məsələlərlə, eyni zamanda, əlavə suallarla bağlı da ŞŞDQİ-nin Turizmin İnkişafı şöbəsinin qaynar xətti ilə əlaqə saxlaya bilərlər:

 +994 99 200 91 14

Xəbərlər