Yerli turizm şirkətlərinin Şuşaya səfəri təşkil olunub

08.12.2025 - 09:00

Yerli turizm şirkətlərinin Şuşaya səfəri təşkil olunub.

7 dekabr tarixlərində Azərbaycan Turizm Bürosu (ATB), Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) və Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) dəstəyi ilə 40 yerli turizm şirkətinin Şuşa şəhərinə səfəri həyata keçirilib.

ŞŞDQİ-nin Turizmin inkişafı şöbəsi tərəfindən təbliğat məqsədli şəhər gəzintisi təşkil olunub. İştirakçılara Şuşanın tarixi məkanları, davam edən bərpa-quruculuq işləri, istifadəyə verilmiş yeni restoran və hotellər, həmçinin həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Xəbərlər