COP 29 çərçivəsində şəhərsalma və iqlim dəyişikliyi üzrə üçüncü nazirlər toplantısı keçirilib

20.11.2024 - 17:00



20 noyabr 2024-cü il tarixində COP 29  çərçivəsində “Şəhərsalma və İqlim dəyişikliyi” 3-cü nazirlər toplantısında Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov  “Dayanıqlı və sağlam şəhərlər deklarasiyası”nın önəmindən danışaraq, azad olunmuş ərazilərdə, xüsusən Şuşada yaşıllığın qorunması, bərpa quruculuq işlərində binaların enerji effektivliyi, ümumilikdə yeni iqlim çağırışlarına dair tələblərə cavab verən layihələrin həyata keçirilməsi barədə məlumat verib. 

 COP 29 çərçivəsində, eyni zamanda  İSESCO pavilyonunda İSESCO-nun Baş direktoru  Salim Al Malikin,  Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimovun, Mədəniyyət naziri  Adil Kərimlinin    və  digər rəsmilərin iştirakı ilə “Şuşa: Müqəddəs şəhər” kitabının ərəb dilində təqdimatı keçirildi.  “Şuşa 2024-İslam dünyasının Mədəniyyət paytaxtı ili” çərçivəsində bu kitabın nəşr  olunması mühüm əhəmiyyət daşıdığı qədər, çoxmilyonlu ərəb dünyası üçün Şuşa həqiqətlərinin öyrənilməsində də böyük dəyərə malikdir.

Новости