Ümummilli lider Heydər Əliyev Azərbaycan polisinin formalaşmasına, peşəkarlığının artırılmasına daim böyük diqqət və qayğı göstərib. Ulu Öndərin 1998-ci il 24 may tarixli Fərmanı ilə “2 iyul - Polis Günü”nün peşə bayramı kimi qeyd olunması bunun bariz nümunəsidir.
“2 iyul – Polis Günü “ münasibətilə Şuşa şəhərində polis əməkdaşlarının peşə bayramı qeyd edilib. Tədbirdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Şuşa Rayon Polis şöbəsinin rəisi, polkovnik Səməd Məhərrəmov, hüquq - mühafizə orqanlarının rəhbər şəxsləri, polis şöbəsinin şəxsi heyəti iştirak edib.
Tədbir iştirakçıları “Şuşa Şəhidlər Xiyabanı”na gələrək torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsini yad ediblər.