32 ildən sonra Şuşada “Vağzalı” sədaları eşidildi

06.09.2024 - 08:12



Bu gün – 6 sentyabr 2024-cü il tarixini şuşalılar daha bir əlamətdar hadisə kimi ömür səhifələrinə yazdılar. 32 ildən sonra Şuşada, “İsa bulağı” istirahət kompleksində “Vağzalı” sədaları eşidildi. Qürurverici digər bir məqam isə odur ki, bu toyun bəyi İkinci Qarabağ Müharibəsinin Qazisi Məmmədli Elmir Elman oğludur. Şuşada ilk olan bu toyda dövlət rəsmiləri, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov, Nümayəndəliyin və Qoruğun məsul əməkdaşları, bəylə gəlinin yaxın qohumları, Şuşa rayon sakinləri iştirak edirdi.
Azərbaycan Respublikasının Əməkdar artisti Ehtiram Hüseynovun, həmyerlimiz, gözəl səsə malik Günay İmamverdiyevanın ifa etdiyi xalq mahıları, muğamlar toya xüsusi gözəllik verirdi.
Doğma Vətən torpağında ilk toyu keçirilən gənclərimizi təbrik edir, Şuşa dağlarının əzəməti, vüqarı qədər ailə səadəti, xoşbəxtlik arzu edirik.

Xəbərlər