"Ankarada Şuşa mədəniyyət günləri" çərçivəsində 14 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Cumhurbaşkanlığı Milli kitabxanasında "Əziz Şuşa" kitabının təqdimat mərasiminə qatıldı. Aydın Kərimov çıxışında Şuşanı daha çox sevmək və yenidən kəşf etmək üçün mükəmməl vəsait olan "Əziz Şuşa" kitabı, əvəzsiz bir mənbə olduğunu qeyd etdi.
Təqdimat mərasimindən sonra Aydın Kərimov Ankarada Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış heykəlin önünə gül dəstəsi qoydu.