Azərbaycan Güləş Federasiyasının üzvləri Şuşa sakinləri ilə görüşdülər

16.12.2025 - 16:00

Azərbaycan Güləş Federasiyasının üzvləri Şuşa sakinləri ilə görüşdülər.

Dövlətimizin başçısı cənab İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı Azərbaycanın görkəmli idmançılarının işğaldan azad edilmiş torpaqlara müntəzəm səfərlərinin uşaq və gənclər üçün  böyük hadisə olacağını qeyd etmişdi. Ölkə rəhbərinin bu çağırışına səs verən idman ictimaiyyətinin nümayəndələri Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyilə Şuşaya səfər ediblər.  Növbəti dəfə 16 dekabr 2025-ci il tarixində Azərbaycan Güləş Federasiyasının üzvləri Şuşaya səfər ediblər. 

Səfər çərçivəsində  Güləş Federasiyasının üzvləri  Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşlarının, sakinlərin və idmançıların iştirakı ilə görüş keçirib, xatirə şəkilləri çəkdiriblər. Məşhur idmançılarımız  Şuşa şəhəri və sakinlərlə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.

Bu görüşlərin əsas məqsədi hazırda dogma yurdunda yaşayan vətəndaşlarımıza mənəvi dəstək göstərmək, idmanın birləşdirici və ruhlandırıcı gücünü nümayiş etdirməkdir.

Xəbərlər