Bu mərhələdə Şuşa şəhərinə 51 ailə - 208 nəfər köçürülüb

23.12.2024 - 14:30

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 51 ailədən ibarət 208 nəfər 32 ildən sonra öz dogma yurdunda - Şuşa şəhərində mənzillə təmin edilib.

Mənzillərin açarlarının təqdimetmə mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin  xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İskəndərov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktorunun müavini Vüqar Məhərrəmov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Xüsusi Nümayəndəliyin, Qoruq İdarəsinin, Qarabağ Regional Məşğulluq Agentliyinin və ANAMA-nın əməkdaşları iştirak ediblər.

Doğma yurda qayıdan Şuşa sakinləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib, torpaqlarımızın ərazi bütövlüyünün təmin olunmasında canlarını fəda etmiş Şəhidlərimizə  Allahdan rəhmət, ailələrinə səbir diləyib, Müzəffər Azərbaycan Ordusunun igid əsgər və zabitlərinə minnətdarlıqlarını bildiriblər.

Xəbərlər