Cüdo üzrə olimpiya çempionlarımız Şuşada

25.08.2025 - 07:56

Cüdo üzrə olimpiya çempionlarımız Şuşada.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində 23.08.2025-ci il tarixində cüdo üzrə olimpiya çempionlarımız Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoev Şuşa şəhərinə səfər ediblər. Səfər çərçivəsində olimpiya çempionlarımız Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşlarının, sakinlərin və "Şuşa"idman klubunun üzvlərinin iştirakı ilə görüş keçirib, xatirə şəkilləri çəkdiriblər.

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən bu görüşlərin əsas məqsədi hazırda dogma yurdunda yaşayan vətəndaşlarımıza mənəvi dəstək göstərməkdir.

Xəbərlər