Şuşa və Andonq şəhərləri arasında "Dost şəhərlər" əlaqəsinin qurulması üzrə anlaşma memorandumu imzalanıb.
Memorandumu Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Cənubi Koreyanın turizm və mədəniyyət mərkəzlərindən biri sayılan Andonq şəhərinin meri Kvon Qi-Şanq imzalayıblar.
Sənədə əsasən, iki dost şəhər mədəni, sosial və iqtisadi münasibətləri, həmçinin dostluq əlaqələrini təşviq etmək və birgə fəaliyyət sahələrini genişləndirmək niyyətindədirlər. Tərəflər arasında birgə proqram, layihələr, qarşılıqlı səfərlərin təşkili, habelə, təcrübə və məlumat mübadiləsi, incəsənət, mədəniyyət, turizm, elm, ticarət və informasiya texnologiyaları sahələrində əməkdaşlıq nəzərdə tutulub.