Şuşa və Xivə şəhərləri arasında sənəd imzalanıb

24.02.2023 - 14:29

Azərbaycan Respublikası  Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə 1-ci -Azərbaycan- Özbəkistan  Regionlararası Forumu çərçivəsində bu ölkədə  səfərdə olub. Səfər çərçivəsində tarixi Şuşa və Xivə şəhərləri arasında  qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsi məqsədi ilə ikitərəfli sənəd imzalanıb.

Tədbirdə çıxışı zamanı Aydın Kərimov tarixi Şuşa şəhəri, orada görülən abadlıq və quruculuq, təmir-bərpa işləri haqqında məlumat verib, imzalanmış ikitərəfli sənədin gələcək əməkdaşlıqda mühüm rol oynayacağını diqqətə çatdırıb.

Xəbərlər