Bu gün daha 130 nəfər Şuşa sakini doğma şəhərlərinə səfər ediblər. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkil etdiyi səfərdə, ilk olaraq yaşlı nəslin nümayəndələri, Qarabağ qaziləri, şəhərin ziyalıları iştirak ediblər. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşalıları salamlayaraq bildirib ki, ölkənin mədəniyyət paytaxtı adını daşıyan şəhərdə yenidənqurma və bərpa işləri tam sürətlə davam edir. Şəhərin baş planına uyğun olaraq yeni məhəllələr salınır, şəhərin həyat əhəmiyyətli infrastrukturu tam yenilənir, tarixi abidələri bərpa olunur, eyni zamanda 21-ci əsrin standartlarına cavab verən müasir və ekoloji təmiz şəhərsalma yanaşması tətbiq olunur.
Şuşalıların diqqətinə çatdırılıb ki, şəhər sakinlərinin belə səfərləri mütəmadi təşkil olunacaqdır. Daha sonra sakinlər Cıdır düzü, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər. Səfərin sonunda sakinlər öz evlərini də ziyarət etmək imkanı qazanıblar.
Xatırladaq ki, Şuşalıların ilk səfəri 19 avqust tarixində baş tutmuşdur və bu günə kimi artıq 180-dən çox sakin 29 illik ayrılıqdan sonra öz doğma şəhərlərini görmək imkanı qazanmışdırlar.
Bu gün daha 130 nəfər #Şuşa sakini doğma şəhərlərinə səfər ediblər. 29 illik ayrılıqdan sonra Şuşalılar Cıdır düzünü rahat gəzmək sevincini yaşayıblar, igid əsgərlərimizin sırdırımlı qayalardan qalxdıqları cığırları öz gözləri ilə görüblər, günün sonunda isə doğma evlərini ziyarət ediblər. Bu günə kimi, bura gəlib çatdıqları Zəfər yolunu, Daşaltı kəndini də rahat hərəkət edə biliblər, Qala divarları, Gəncə qapısı
https://www.youtube.com/watch?v=MM-5-Jk1BJ4&ab_channel=BakuMediaCenter