Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən Qarabağ Universitetinin turizm ixtisaslı müəllim və tələbə heyətinə təlim-seminar keçirildi

30.10.2025 - 10:54

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən Qarabağ Universitetinin turizm ixtisaslı müəllim və tələbə heyətinə təlim-seminar  keçirildi.

“Ümumdünya Turizm işçiləri günü” çərçivəsində 26-28 oktyabr 2025-ci il  tarixlərində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Turizmin inkişafı şöbəsi tərəfindən Qarabağ Universitetinin turizm ixtisaslı müəllim və tələbə heyətinə turizm destinasiyası mövzusunda 1-ci elmi-praktiki təlim-seminar keçirildi. 3 gün davam edən təlim-seminarda (vorkşop) mühazirələrlə yanaşı, turizm potensialının öyrənilməsi, reallaşdırılması istiqamətində  araşdırma yolları öyrədildi, Şuşanı turizm destinasiyası kimi təhlil etmək üçün Şuşa şəhərinə sahə səfəri həyata keçirildi. 

Təlim-seminarın keçirilməsində məqsəd universitet-sənaye-dövlət qurumu əlaqələrini möhkəmləndirmək, gələcək turizm kadrlarının inkişafına dəstək olmaq, Şuşa şəhərinin turizm destinasiyası kimi təhlili və inkişafı üçün təklifləri hazırlamaq idi. Seminar iştirakçıları öz təhlilləri və təklifləri barədə təqdimat etdilər. 

Sonda 37 nəfər iştirakçıya  təlimi bitirdiklərinə dair sertifikatlar verildi.

Xəbərlər