Şuşa şəhərində 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü qeyd olunub

26.06.2024 - 14:00

Şuşa şəhərində 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü qeyd olunub. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov yeni yaşayış kompleksində Birinci və İkinci Qarabağ müharibəsinin qaziləri, şanlı ordumuzun üzvləri, şəhid ailələri ilə çay süfrəsi arxasında görüşüblər.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Xüsusi nümayəndə Aydın Kərimov  26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününün yaranma tarixindən,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında  44 günlük Vətən müharibəsində silahlı qüvvələrimizin şücaəti, rəşadəti sayəsində düşmən üzərində qələbə çalaraq tarixi uğura imza atmasından danışaraq bildirdi ki, sakinlərlə birlikdə  bu bayramı Şuşada qeyd etmək qürurverici bir hissdir.

 Azərbaycan Silahlı Qüvvələrinin  bütün əməkdaşlarını təbrik edir, məsuliyyətli xidməti fəaliyyətlərində  nailiyyətlər  arzu edirik.

Xəbərlər