Şuşa şəhərinə növbəti 48 ailə köçürülüb

04.12.2024 - 14:55



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 04 dekabr 2024-cü il tarixində Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış Şuşa şəhər sakinləri - 48 ailədən ibarət 164 nəfər doğma yurduna qovuşub, mənzillərlə təmin olunub. Şəhər sakinlərinə mənzillərinin açarlarının təqdimetmə mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi İsmayıl İsmayılov,  Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı Gülbəniz Babayeva, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ Regional Məşğulluq Agentliyinin və ANAMA-nın əməkdaşları   iştirak ediblər. 

Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Şuşa sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Öz ata-baba yurdlarına qayıdan Şuşa sakinləri torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsini ehtiramla yad edib, rəşadətli Azərbaycan Ordusuna, qəhrəman,  igid əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər.

Beləliklə, Şuşa şəhərinə köçürülənlərin ümumi sayı  268 ailə - 987 nəfərdir

Xəbərlər