Şuşa şəhərində Beynəlxalq Qastronomiya Günü keçirilir

06.09.2024 - 13:04


Dövlət Turizm Agentliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində Beynəlxalq Qastronomiya Günü  keçirilib. Tədbirlə əlaqədar  Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəliblər.  Şuşa şəhərində Azərbaycan xalqının qonaqpərvərliyi, bu şəhərin qədimliyi və gözəlliyi bir daha nümayiş etdirilib. Tədbirdə Türkiyə, Özbəkistan, Pakistan, Səudiyyə Ərəbistanı və İrandan olan kulinarlar iştirak edirlər.

Tədbirin ikinci hissəsində Azərbaycan, İran, Türkiyə və Özbəkistanın “İftar və onunla bağlı sosial-mədəni ənənələr” adlı UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmiş çoxmillətli nominasiyasına uyğun olaraq ortaq iftar süfrəsini əks etdirən yeməklərin dequstasiyası keçirilib.   Qarabağ və Şərqi Zəngəzur regionlarının qastronomiya və maddi-mədəni irs nümunələrindən ibarət milli turizm brendi linzalarının sərgisi təşkil olunub.

Tədbirdə Şuşa şəhərinin  Yeni Yaşayış Kompleksinin sakinləri də iştirak edib.

Xəbərlər