Şuşalılar Qurban bayramını 32 ildən sonra doğma yurdlarında qeyd ediblər

16.06.2024 - 14:00

Müqəddəs Qurban bayramı respublikamızın bütün bölgələrində olduğu kimi Şuşa şəhərində də qeyd edilib, bu  münasibətlə Yuxarı Gövhərağa məscidində bayram namazı qılınıb, dualar oxunub.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə təşkilatçılığı ilə qurbanlar  kəsilib. AQTA Qarabağ regional bölməsi tərəfindən qurbanlıq heyvanların kəsimi zamanı baytarlıq-sanitariya norma qaydalarına nəzarət edilib.

Kəsilən qurbanlar yeni köçən ailələrə paylanıb. 32 ildən sonra ilk dəfə doğma yurdlarında Qurban bayramını qeyd edən Şuşa sakinləri bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul edilməsini diləyib, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Xəbərlər