Tarixi Materada Şuşa haqqında danışıldı

11.12.2023 - 06:27

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İsgəndərov və qoruğun digər əməkdaşları  İtaliyanın tarixi Matera şəhərinin mədəni irsinin bərpasının 30 illiyinə həsr olunmuş “Matera 30- fikirlər reallığı formalaşdırır”  konfransına qatılıblar.

Səfərin əsas məqsədi tarixi abidələrin bərpası istiqamətinində yeni biliklərin istər nəzəri, istərsə də təcrübə baxımından öyrənilməsi və tətbiqidir. 

Konfrans zamanı çıxış edən Tural Novruzov bir çox dünya şöhrətli şəxsiyyətlərin məhz Şuşada dünyaya göz açdıqlarını bildirib.

İcraçı direktor işğal zamanı ermənilərin  yüzlərlə tarixi abidəyə ziyan vurduqlarını, hətta bəzilərini məhv etdiklərini xüsusi olaraq diqqətə çatdırıb. Tural Novruzov bildirib ki,  Şuşanın azad edilməsindən sonra həyata keçirilməkdə olan yenidənqurma işlərinin önündə məhz abidələrin bərpası durur ki, bu istiqamətdə də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi hal-hazırda bir çox məşhur şirkətlərlə, eyni zamanda İtaliyalı Pietro Laureano kimi peşəkar mütəxəssis, çox böyük təcrübəyə malik İPOGEYA ilə bərabər çalışır.

Daha sonra Şuşa şəhərində görülməkdə olan bərpa-quruculuq işləri ilə bağlı təqdimat konfrans iştirakçılarına təqdim olunub.

Xəbərlər