“Sülh Aylığı” çərçivəsində Şuşa şəhərində maarifləndirmə tədbirləri keçirilib

23.09.2026 - 11:17

Tədbirlərdə “21 Sentyabr – Beynəlxalq Sülh Günü” münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən cari ilin 21 avqust - 21 sentyabr tarixləri ölkədə “Sülh Aylığı” elan edildiyi bildirilib.  

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Mənzil Kommunal və Təmir Xidmətində və Şuşa Regional “ASAN xidmət” mərkəzində   keçirilən tədbirlərdə  torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda  “Sülh Aylığı”nın keçirilməsində məqsəd insan hüquqlarına və insan ləyaqətinə hörmətin, uşaqların və gənclərin sülh mədəniyyəti ruhunda maarifləndirilməsinin, dini tolerantlıq, multikulturalizm ənənələrinin, sülhün, həmrəyliyin və qarşılıqlı hörmətin, milli-mənəvi dəyərlərin cəmiyyətdə daha geniş təbliğ  edilməsi   qeyd edilib.

Новости