Bülbülün güllələnmiş büstü
Xalq artisti Bülbül Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətləri göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülü prosesində mühüm rol oynamış sənətkardır. Lirik-dramatik tenor səsə malik olan Bülbül öz yaradıcılığında xalq ifaçılığı ilə professional vokal məktəbinin qanunlarının mükəmməl vəhdətinə nail olmuş, bununla da Azərbaycanda professional vokal ifaçılığının bünövrəsini qoymuşdur. Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan Bülbülün tuncdan olan büstünün müəllifləri Xalq rəssamı Xanlar Əhmədov və Əməkdar rəssam Namiq Dadaşovdur. 1984-cü ildə açılan büst 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq ciddi şəkildə zədələnmiş və sonradan metal kimi xarici ölkəyə satılmışdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1992-cü ildə geri alınaraq Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində nümayiş etdirmək üçün Bakıya gətirilmişdir. 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında bərpa edilərək Şuşaya qaytarılmışdır.
Архитектурный памятник государственного значения. Инвентарный номер: 352
XVIII əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5133
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5142