• ŞUŞA
    • ŞUŞA HAQQINDA
    • ŞUŞA COĞRAFİYASI
    • ŞUŞA MƏDƏNİYYƏTİ
    • ŞUŞA TARİXİ
  • Xəbərlər
  • QALEREYA
    • Foto
    • Video
  • 360 VIRTUAL TOUR
  • TARİXİ ABİDƏLƏR
  • TARİXİ ŞƏXSİYYƏTLƏR
AZ
EN RU
AZ
EN RU

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub. Şuşada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü baş tutub. Görüşdən sonra cənab Prezident İlham Əliyev “Baykar” şirkətinin baş direktoru Lutfi Haluk Bayraktara “Qarabağ” ordeni təqdim etdi.

Prezident İlham Əliyev və ailəsi “Şuşa” yarımstansiyasının açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva əvvəlcə 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının açılışında iştirak ediblər.

Şuşanın azad olunmasından sonra ilk dəfə Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2021-ci il may ayının 12-də ölkəmizin mədəniyyət paytaxtı Şuşada- Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırıblar. Sonra dövlətimizin başçısı müraciət edib:

Prezident İlham Əliyev Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub. Cənab Prezident bildirib ki, Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək və bu yoldan İsa bulağına yeni yol çəkiləcək. Füzuli hava limanının təməlini qoyulması və bu il hava limanının uçuş-enmə zolağının istifadəyə verilməsi ilə xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib.

  • ←
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • →

ŞUŞA HAQQINDA

Şuşa Haqqında Şuşa Tarixi Şuşa Coğrafiyası Tarixi Abidələr Tarixi Şəxsiyyətlər Şuşanın mədəniyyəti Qoruğun fəaliyyət istiqamətləri

Sənədlər

Fərmanlar və Sərəncamlar Maliyyə Hesabatları Qanunvericilik Qoruğun Strukturu Qoruğun Nizamnaməsi Qoruğun Tarixi

FAYDALI BAĞLANTILAR

Ən Çox Verilən Suallar Vakansiyalar Qəbula Müraciət Əlaqə

© COPYRIGHT 2024 
BÜTÜN HÜQUQLAR QORUNUR