• ŞUŞA
    • ŞUŞA HAQQINDA
    • ŞUŞA COĞRAFİYASI
    • ŞUŞA MƏDƏNİYYƏTİ
    • ŞUŞA TARİXİ
  • Xəbərlər
  • QALEREYA
    • Foto
    • Video
  • 360 VIRTUAL TOUR
  • TARİXİ ABİDƏLƏR
  • TARİXİ ŞƏXSİYYƏTLƏR
AZ
EN RU
AZ
EN RU

Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimi keçirilib

Şuşada Zəfər Qurultayının bağlanış mərasimi keçirilib, cənab Prezidentə müraciət qəbul olunub.

Prezident İlham Əliyev Şuşa şəhərində Zəfər Qurultayında çıxış edib

Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib: "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır."

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi və “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanında dəyişiklik edilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi və “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Prezident İlham Əliyev Şuşada inzibati binanın əsaslı təmiri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanış olub.

Şuşada QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası Şuşa şəhərində keçirilib.

Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilib

Martın 18-də Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilib.Tədbirdə Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Şuşa şəhərinə səfər ediblər

Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Şuşa şəhərinə səfər edib.

Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Şuşa şəhərində olublar

Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Şuşa şəhəri ilə tanış olublar “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ermənistanın işğalından azad olunmuş Şuşa şəhərinə səfər ediblər.

Şuşa Bəyannaməsinin təsdiq edilməsi haqqında Qanun

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Prezident İlham Əliyev gənclərlə görüşüb

Prezident İlham Əliyev gənclərlə görüşdə gənclərin suallarını cavablandırıb.

Şuşaya ilk sərnişin avtobusu gəlib

Şuşa şəhərinə ilk sərnişin avtobusu gəlib. 44 sərnişin gətirən avtobus keçmiş avtovağzal ərazisində qarşılanıb. Qarşılanma mərasimində Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Şuşa Şəhəri Polis Şöbəsinin əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Prezident İlham Əliyev "Şuşa İli" ilə bağlı sərəncam imzalayıb

Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası üzrə dəyirmi masa keçirilib

Heydər Əliyev Mərkəzində "İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası üzrə layihələr: hədəflər, çağırışlar, xüsusiyyətlər, perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib. Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov tədbirdə çıxış edib. Bildirib ki, otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan ərazilərimiz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi nəticəsində azad edildikdən sonra burada genişmiqyaslı quruculuq-bərpa işlərinə start verilib. Bölgədə infrastruktur layihələri ilə yanaşı, tarixi və mədəniyyət abidələrinin inventarlaşdırılması, mühafizəsi, o cümlədən bərpası istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməkdə olduğunu deyib.

Nobel mükafatı laureatı Əziz Sancar Şuşaya səfər edib

Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Sancar, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və YÖK başqanı Erol Özvar ilə birgə işğaldan azad olunmuş Şuşa şəhərinə səfər edib.

Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirilib

ABB-nin Müşahidə Şurası növbəti iclasını Şuşada keçirib. Bankın İdarə Heyəti ilə birgə Şuşadakı “Qarabağ” otelinin konfrans zalında təşkil edilmiş toplantıda Bankın cari inkişaf strategiyasının icrasına baxılıb, əldə olunmuş nəticələr dəyərləndirilib.

  • ←
  • 1
  • 2
  • ...
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • →

ŞUŞA HAQQINDA

Şuşa Haqqında Şuşa Tarixi Şuşa Coğrafiyası Tarixi Abidələr Tarixi Şəxsiyyətlər Şuşanın mədəniyyəti Qoruğun fəaliyyət istiqamətləri

Sənədlər

Fərmanlar və Sərəncamlar Maliyyə Hesabatları Qanunvericilik Qoruğun Strukturu Qoruğun Nizamnaməsi Qoruğun Tarixi

FAYDALI BAĞLANTILAR

Ən Çox Verilən Suallar Vakansiyalar Qəbula Müraciət Əlaqə

© COPYRIGHT 2024 
BÜTÜN HÜQUQLAR QORUNUR