Firudin bəy Köçərli (1863- 1920)

Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 

Azərbaycan ədəbiyyatşünaslığı və pedaqoji fikri tarixində məşhur "Azərbaycan alimi, tənqidçi və pedaqoqu" kimi dəyərləndirilən Firudin bəy Köçərli tərəqqipərvər elm və ədəbiyyat xadimləri sırasında xüsusi yer tutan şəxsiyyətlərdəndir. 1884-cü ildə Qori müəllimlər seminariyasında təhsil alarkən  "Təlimi-Sokrat" əsərini yazıb. 1886-cı ildə ilk teatr tamaşasını qoymuşdur.

1890-cı ildə isə İrəvanda "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını tamaşaya qoyub. A.Koltsovun "A kişi, niyə yatıbsan?" şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilmişdir. M.F.Axundovun, Cəlil Məmmədquluzadənin və başqa yerli və xarici yazarların əsərlərini digər dillərə tərcümə edib. 

1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunur. 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürmüş, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyası yaradılmışdır. Firidun bəy Köçərli seminariyanın direktoru təyin olunur. Sonradan Qazaxda ilk uşaq evi açır.

Vətən dilinin" I hissəsinin (VII nəşr) yenidən işlənməsində Firudin bəyin xidmətləri böyükdür. O, 300-dən artıq dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını dəyişdirərək zənginləşdirmişdir. Köçərlinin "Darı və buğda" əsəri "Vətən dilinə" salınmışdır.

Ölümündən sonra 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının I hissəsi 1926-cı ildə isə kitabın II hissəsi çap edilmişdir. Uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı isə 1967, 1972 və 2013-cü illərdə çap edilmişdir. 

Digər tarixi şəxsiyyətlər
PƏNAHƏLİ XAN (1693-1763) PƏNAHƏLİ XAN (1693-1763)

Qarabağ xanlığının banisi, Pənahəli xan Cavanşir Qarabağın məşhur Cavanşir nəslindən idi

Hamısını Oxu
MOLLA PƏNAH VAQİF (1717-1797) MOLLA PƏNAH VAQİF (1717-1797)

Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olmuşdur.

Hamısını Oxu
Qasım bəy Zakir (1784-1857) Qasım bəy Zakir (1784-1857)

Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində doğulmuşdur.

Hamısını Oxu
Xurşidbanu Natəvan (1832-1897) Xurşidbanu Natəvan (1832-1897)

Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur.

Hamısını Oxu
Mir Möhsün Nəvvab (1833-1918) Mir Möhsün Nəvvab (1833-1918)

Mir Möhsün Nəvvab 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır.

Hamısını Oxu
Cabbar Qaryağdıoğlu (1861-1944) Cabbar Qaryağdıoğlu (1861-1944)

Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada Seyidli məhəlləsində anadan olmuşdur.

Hamısını Oxu
Əhməd bəy Ağaoğlu (1869- 1939) Əhməd bəy Ağaoğlu (1869- 1939)

Görkəmli şəxsiyyətlərdən biridir.

Hamısını Oxu
Üzeyir Hacıbəyov (1885-1948) Üzeyir Hacıbəyov (1885-1948)

Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə anadan olub.

Hamısını Oxu
Yusif Vəzir Çəmənzəminli (1887- 1943) Yusif Vəzir Çəmənzəminli (1887- 1943)

Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində dünyaya gəlib.

Hamısını Oxu
Murtuza Məmmədov/Bülbül (1897-1961) Murtuza Məmmədov/Bülbül (1897-1961)

Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında Xanbağı adlanan yerdə anadan olmuşdur.

Hamısını Oxu
Xan Şuşinski (1901-1979) Xan Şuşinski (1901-1979)

Xan Şuşinski 1901-ci ildə avqust ayının 20-i Şuşa şəhərində anadan olmuşdur.

Hamısını Oxu
Şəmsi Bədəlbəyli (1911-1987) Şəmsi Bədəlbəyli (1911-1987)

Şəmsi Bədəlbəyli 1911-ci ildə Şuşada ziyalı ailəsində doğulub.

Hamısını Oxu
Niyazi (1912-1984) Niyazi (1912-1984)

Niyazi Zülfüqar oğlu Tağızadə–Hacıbəyov 1912-ci ildə avqustun 20-də anadan olmuşdur, əslən şuşalıdır.

Hamısını Oxu
Rəşid Behbudov (1915-1989) Rəşid Behbudov (1915-1989)

1915-ci il dekabrın 14-də anadan olmuşdur, əslən şuşalıdır.

Hamısını Oxu
Soltan Hacıbəyov (1919-1974) Soltan Hacıbəyov (1919-1974)

Soltan Hacıbəyov 1919-cu il may ayının 8-də Şuşada anadan olub.

Hamısını Oxu