PƏNAHƏLİ XAN (1693-1763)

Qarabağ xanlığının ilk qurucusu, ilk xanı, sərkərdə

 1747-ci il iyun ayının 19-dan 20-nə keçən gecə Nadir şah öldürüldükdən sonra mərkəzi hakimiyyət iflic vəziyyətinə düşdüyündən Əfşarlar imperiyasının ucqarlarında mərkəzdənqaçma meylləri üçün şərait yarandı. Azərbaycanda 20-yə yaxın müstəqil və yarım-müstəqil xanlıqlar təşəkkül tapdı. Belə bir şəraitdə Pənahəli xan da Qarabağ xanlığının əsasını qoydu. O, 200-ə qədər süvari tərəfdarı ilə birlikdə Qarabağa gəlib özünü xan elan etdi. Əgər Azərbaycan xanlıqlarının hər biri hansısa bir qala şəhərin ətrafında təşəkkül tapmışdısa, Qarabağ xanlığı ərazisində möhkəmləndirilmiş şəhər yox idi. Pənahəli xanı öz təhlükəsizliyini təmin etmək məqsədilə güclü müdafiə imkanları olan qala tikdirməyə məcbur edirdi. O, bu məqsədlə 1748-ci ildə Bayat qalasını, 1752-ci ildə isə Şahbulaq qalasını tikdirdi. Qısa bir zamanda möhkəm hasar və xəndək düzəldildi, bazar, hamam və məscid tikildi. Xan, bütün ailəsini, qohumlarının və el böyüklərinin əhli-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənahəli xanın tərəqqisini onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə birlikdə gəlib Bayat qalasında yerləşdilər. Lakin bu qalalardan heç biri fasiləsiz davam edən ara müharibələri şəraitində xanlığın təhlükəsizliyini təmin etmək iqtidarında deyildi. Pənahəli xan daha etibarlı, düşmən hücumu üçün əlçatmaz olan yeni bir qala tikdirməyi qərara aldı. Təhlükəsiz yaşamaq üçün zəruri işlər başa çatdırıldıqdan sonra Qarabağ xanlığının paytaxtı buraya köçürüldü. Yeni qala ilk illərdə öz banisinin adı ilə Pənahabad, sonralar isə Şuşa adlandırıldı. Pənahəli xanın iqamətgahını Bayat qalasından Şahbulağa köçürtməsini Mirzə Adıgözəl bəy belə təsvir edir: «Bundan sonra Pənahəli xan düşündü ki, mən təzəbinə bir adamam, Cavanşir və Otuziki elatı yağı, Xəmsə məlikləri mənə düşməndirlər. Mən gərək möhkəm bir yerdə məskən və mənzil salam. Düşməni dəf etməkdən kahallıq və fasad əhli ilə mübarizədə səhlənkarlıq etməyəm. Buna görə Bayat şəhərini dağıtdı və gəlib bir təpənin ətəyində Şah bulağı adı ilə məşhur olan Tərnəkütdə bir qala bina etdi». Mirzə Adıgözəl bəyin yazdığına görə Pənahəli xan bu işləri 1165-ci ildə [mil. 1751-1752]. bitirərək oranı özünə məskən etdi. Əhməd bəy Cavanşirin yazdığına görə Şah bulağı qalası 1165 - ci il hicri ilində /20 noyabr 1751-ci il - 7 noyabr 1752- ci il tikilmişdir. Əhməd bəy Cavanşir Pənahəli xanın öz iqamətgahını Bayat qalasından Şahbulağı qalasına 1752-ci ildə köçürdüyünü yazır. Mirzə Adıgözəl bəy yazır ki, Məhəmmədhəsən xanm Qarabağa yürüşündən sonra Pənahəli xan və bəzi digər xanlar Hacı Çələbiyə qarşı vuruşmaq üçün II İraklinin düşərgəsinə getmiş və həbs olunmuşdular. XVIII əsr tarixçilərinin qeydlərindən məlum olur ki, Pənahəli xanın «Bayat qalasından Şahbulağa köçməsi, oııun hiylə ilə II İrakli tərəfindən tutulması, Hacı Çələbi tərəfmdən isə azad edilməsindən sonrakı dövrə təsadüf edir. Bu hadisə də 1752-ci ildə olmuşdur. Qarabağnamələrin müəllifləri də bu tarixi [1751-1752] təsdiq edirlər. Tarixi hadisələrin xronoloji izlənməsi və müqayisəsi Pənahəli xanın 1763-cü ilə qədər yaşadığını və Azərbaycanın siyasi həyatında fəal iştirak etdiyini təsdiqləməyə imkan verir.









Digər tarixi şəxsiyyətlər
MOLLA PƏNAH VAQİF (1717-1797) MOLLA PƏNAH VAQİF (1717-1797)

Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olmuşdur.

Hamısını Oxu
Qasım bəy Zakir (1784-1857) Qasım bəy Zakir (1784-1857)

Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində doğulmuşdur.

Hamısını Oxu
Xurşidbanu Natəvan (1832-1897) Xurşidbanu Natəvan (1832-1897)

Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur.

Hamısını Oxu
Mir Möhsün Nəvvab (1833-1918) Mir Möhsün Nəvvab (1833-1918)

Mir Möhsün Nəvvab 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır.

Hamısını Oxu
Cabbar Qaryağdıoğlu (1861-1944) Cabbar Qaryağdıoğlu (1861-1944)

Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada Seyidli məhəlləsində anadan olmuşdur.

Hamısını Oxu
Firudin bəy Köçərli (1863- 1920) Firudin bəy Köçərli (1863- 1920)

Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub.

Hamısını Oxu
Əhməd bəy Ağaoğlu (1869- 1939) Əhməd bəy Ağaoğlu (1869- 1939)

Görkəmli şəxsiyyətlərdən biridir.

Hamısını Oxu
Üzeyir Hacıbəyov (1885-1948) Üzeyir Hacıbəyov (1885-1948)

Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə anadan olub.

Hamısını Oxu
Yusif Vəzir Çəmənzəminli (1887- 1943) Yusif Vəzir Çəmənzəminli (1887- 1943)

Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində dünyaya gəlib.

Hamısını Oxu
Murtuza Məmmədov/Bülbül (1897-1961) Murtuza Məmmədov/Bülbül (1897-1961)

Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında Xanbağı adlanan yerdə anadan olmuşdur.

Hamısını Oxu
Xan Şuşinski (1901-1979) Xan Şuşinski (1901-1979)

Xan Şuşinski 1901-ci ildə avqust ayının 20-i Şuşa şəhərində anadan olmuşdur.

Hamısını Oxu
Şəmsi Bədəlbəyli (1911-1987) Şəmsi Bədəlbəyli (1911-1987)

Şəmsi Bədəlbəyli 1911-ci ildə Şuşada ziyalı ailəsində doğulub.

Hamısını Oxu
Niyazi (1912-1984) Niyazi (1912-1984)

Niyazi Zülfüqar oğlu Tağızadə–Hacıbəyov 1912-ci ildə avqustun 20-də anadan olmuşdur, əslən şuşalıdır.

Hamısını Oxu
Rəşid Behbudov (1915-1989) Rəşid Behbudov (1915-1989)

1915-ci il dekabrın 14-də anadan olmuşdur, əslən şuşalıdır.

Hamısını Oxu
Soltan Hacıbəyov (1919-1974) Soltan Hacıbəyov (1919-1974)

Soltan Hacıbəyov 1919-cu il may ayının 8-də Şuşada anadan olub.

Hamısını Oxu