Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov -dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929,1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948) olmuşdur.
Hacıbəyovun 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşidbanu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazmışdır.
O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirmişdir.
Hacıbəyov həm də böyük musiqişünas alim idi. O, müasir Azərbaycan elmi musiqişünaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır.
Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilmişdir.
Qarabağ xanlığının banisi, Pənahəli xan Cavanşir Qarabağın məşhur Cavanşir nəslindən idi
Hamısını OxuVaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olmuşdur.
Hamısını OxuQasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində doğulmuşdur.
Hamısını OxuNatəvan 15 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur.
Hamısını OxuMir Möhsün Nəvvab 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır.
Hamısını OxuCabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada Seyidli məhəlləsində anadan olmuşdur.
Hamısını OxuFirudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub.
Hamısını OxuGörkəmli şəxsiyyətlərdən biridir.
Hamısını OxuYusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində dünyaya gəlib.
Hamısını OxuBülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında Xanbağı adlanan yerdə anadan olmuşdur.
Hamısını OxuXan Şuşinski 1901-ci ildə avqust ayının 20-i Şuşa şəhərində anadan olmuşdur.
Hamısını OxuŞəmsi Bədəlbəyli 1911-ci ildə Şuşada ziyalı ailəsində doğulub.
Hamısını OxuNiyazi Zülfüqar oğlu Tağızadə–Hacıbəyov 1912-ci ildə avqustun 20-də anadan olmuşdur, əslən şuşalıdır.
Hamısını Oxu1915-ci il dekabrın 14-də anadan olmuşdur, əslən şuşalıdır.
Hamısını OxuSoltan Hacıbəyov 1919-cu il may ayının 8-də Şuşada anadan olub.
Hamısını Oxu