Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində doğulmuşdur. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir.
Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır.
Onun müxtəlif mövzularda yazılan "Məlikzadə və Şahsənəm", "Əmirzadə, məşuq və cavan aşiq", "Aşiqin təam bişirməyi", "Aşiq və məşuq haqqında", "Zövci-axər", "Tərlan və elçi", "Dəvəsi itən kəs", "Dərviş ilə qız", "Həyasız dərviş", "Əxlaqsız qazı", "Xalqa vəz deyən, özü fisqü fücurdan çıxan biəməl alim" kimi mənzum hekayələri vardır. Zakirin mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur.
Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. "Aslan, Qurd və Çaqqal", "Dəvə və Eşşək", "Tülkü və Qurd", "Xain yoldaşlar haqqında", "İlan, Dəvə, Tısbağa", "Tülkü və Şir", "Sədaqətli dostlar haqqında", "Tısbağa, Qarğa, Kəsəyən, Ahu" adları ilə təmsili çap olunmuşdur.
Zakir təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi "Kəlilə və Dimnə" əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli təmsillərindən də istifadə etmişdir.
O, 1857-ci ildə Şuşada vəfat etmiş və şəhərin Mirzə Həsən qəbirstanlığında dəfn edilmişdir.
Qarabağ xanlığının banisi, Pənahəli xan Cavanşir Qarabağın məşhur Cavanşir nəslindən idi
Hamısını Oxu
Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olmuşdur.
Hamısını Oxu
Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur.
Hamısını Oxu
Mir Möhsün Nəvvab 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır.
Hamısını Oxu
Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada Seyidli məhəlləsində anadan olmuşdur.
Hamısını Oxu
Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub.
Hamısını Oxu
Görkəmli şəxsiyyətlərdən biridir.
Hamısını Oxu
Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə anadan olub.
Hamısını Oxu
Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində dünyaya gəlib.
Hamısını Oxu
Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında Xanbağı adlanan yerdə anadan olmuşdur.
Hamısını Oxu
Xan Şuşinski 1901-ci ildə avqust ayının 20-i Şuşa şəhərində anadan olmuşdur.
Hamısını Oxu
Şəmsi Bədəlbəyli 1911-ci ildə Şuşada ziyalı ailəsində doğulub.
Hamısını Oxu
Niyazi Zülfüqar oğlu Tağızadə–Hacıbəyov 1912-ci ildə avqustun 20-də anadan olmuşdur, əslən şuşalıdır.
Hamısını Oxu
1915-ci il dekabrın 14-də anadan olmuşdur, əslən şuşalıdır.
Hamısını Oxu
Soltan Hacıbəyov 1919-cu il may ayının 8-də Şuşada anadan olub.
Hamısını Oxu