XIX əsrin ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 346
XIX əsrdə Şuşada inşa edilmiş mehmanxana tipli və iki mərtəbəli karvansaradır. On doqquzuncu əsrin ikinci yarısında Məşədi Hüseyn Mir Səyyaf (Mir Siyab) oğlu, Hacı Əmiraslan bəyin karvansarasını alandan sonra, onu sökərək yerində inşa etdirmişdir. Bu üzdən karvansara xaql arasında Hacı Səyyaf oğlu karvansarası kimi tanınırdı. Məşədi Hüseyn vəfat edəndən sonra, oğlanları Qəhrəman və Məşədi Şükür karvansaranı şərikli işlətməyə başlayırlar. Bu karvansaranın daxilində 25 dükan və dükanlardan yuxarıda 2-ci mərtəbədə 25 mənzil vardır. Karvansaranın ikinci mərtəbəsində cənub tərəfin qurtaracağında böyük bir zal məscid üçün nəzədə tutulmuşdur. Həmin məscid Şuşanın məhəllə məscidləri həcmindədir.Şuşa işğal altında olduğu müddətdə bina möhkəm zədələnmişdi.
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5027
XVIII əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5133
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5142