XVIII əsrin ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 359
İctimai-dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı edilən müəllifləri siyahısına daxil edilmiş Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin evi. XIX əsr memarlıq abidəsidir. İkimərtəbəli, yerli memarlıq üslubunda inşa edilmiş böyük mülk olub. Şuşa şəhəri işğal ediləndən sonra erməni terrorçuları tərəfindən möhkəm dağıntılara məruz qalmışdır. Hazırda xarabalıqları qalıb. Şuşa şəhəri işğaldan azad ediləndən sonra konservasiya və bərpası ilə əlaqədar layihələndirilmə işləri görülür.
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5027
XVIII əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5133
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5142