XX əsrin ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 367
Qarabağ xanlığının idarə olunmasında, Ağaməhəmməd şah Qacarla uzun illər ərzində mübarizənin aparılmasında, Gürcüstan və Rusiya ilə əlaqələrin qurulmasında yaxından iştirakı ilə bilinən və nüfuzlu siyasi xadim kimi tanınan böyük şəxsiyyət Molla Pənah Vaqifə hörmət və ehtiramdan irəli gələrək Şuşa şəhərində Vaqifin türbəsi tikilib. Vaqif xalqımızın yaddaşında həm də böyük şair kimi yer tutub. Şair qoşma, təcnis, qəzəl ustadı kimi şöhrət qazanıb. Türbənin tikintisi 1982-ci ildə başa çatdırılıb və abidənin açılışı o zaman AKP MK-nın sədri olan Heydər Əliyevin iştirakı ilə baş tutub.Erməni silahlı dəstələri şəhəri 1992-ci ildə işğal etdikdən sonra məqbərəyə zərər dəymiş, metal şəbəkə örtüyü, şairin qəbri üstündəki qara qranit daşdan hazırlanmış sinə və baş daşı oğurlanmış, barelyefi sındırılaraq ayaqlar altına atılmışdır. Şuşa şəhəri işğaldan azad ediləndən sonra məqbərə Azərbaycan dövlətinin vəsaiti hesabına qısa müddət ərzində əvvəlki görkəmində bərpa edilmişdir.
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5027
XVIII əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5133
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5142