Səfərov qardaşlarının karvansarayı

XVIII əsrin ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 361

XIX əsrdə Şuşada inşa edilmiş çoxsaylı karvansaralardan biri. XIX əsrin Respublika əhəmiyyətli memarlıq abidəsidir. Səfərov qardaşları karvansarası kimi taninan bu məşhur karvansara Şuşanın adlı sanlı taciri Haci Murtuza Səfərov tərəfindən oğlanlari — Əhəd, Səməd, Mürsəl və Manafin şərəfinə 19 əsrin sonlarinda inşa etdirmişdir. Səfərov qardaşlarının adini adını daşıyan bu karvansara zamaninda Şuşa şəhərinin ən böyük karvansaralarından biri olub. Bu karvansarayın inşasında Şuşanın məşhur memarı Kərbəlayi Səfixan Qarabağinin böyük rolu olub. Karvansarayın sağ və sol qanadları iki qatdan, mərkəzi hissəsi isə üç qatdan ibarət olub,1-ci qat dükanlardan, emalatxanalardan, 2-ci və 3-cü qatlar isə zərgər emalatxanası, yeməkxana və mehmanxana kimi istifadə olunub. Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğala məruz qalandan sonra karvansaranın binası dağıdılmışdır. Hazırda xarabalıqları qalır.


Digər tarixi abidələr