XVIII əsrin ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 338
1752-ci ildə Şuşa qalası bina edilərkən paralel olaraq qalanın daxilində bir neçə məhəllənin də əsası qoyulmuşdur. Şuşa qala divarları ilə yanaşı ilk inşa edilən tikililərdən biri də Pənah xanın sarayıdır. Elturan Avalovun müəllifi olduğu 1977-ci ildə rus dilində dərc olunan "Şuşa şəhərinin memarlığı" adlı kitabda bu qəsr haqqında məlumata rast gəlmək olur. Müəllif qeyd edir ki, Qarabağ tarixçisi Mir Mehdi Xəzaninin xatırlatmalarında Pənah xanın, özünə Şuşa şəhərində, qaya başında "kiçik qalaya bənzər divarı və bürcləri olan saray” tikdirdiyi göstərilir. Saray eyni zamanda iç qala rolunu oynayır. Quruluşuna görə “Şahbulaq” qalası ilə oxşarlıq təşkil edir. XVIII əsrin ölkə əhəmiyyətli memarlıq abidəsidir.
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5027
XVIII əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5133
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5142