XVIII əsrin ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 342
Natəvanın sarayının memarlığı Şuşa şəhərinin yaşayış tikililərinin memarlığı üçün xarakterik olmasa da, böyük maraq kəsb edir. Natəvanın sarayı böyük bir ərazini əhatə edən həyət və bu həyətdə müxtəlif xidməti tikililərə də malikdir. 1987-ci ildə binada bərpa işləri aparılmış və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin filialı olan Xurşidbanu Natəvanın ev-muzeyi fəaliyyətə başlamışdır. Ümumiyyətlə saray kompleksi dörd böyük binadan ibarət olub. Binalardan birindən digərinə küçəyə çıxmadan dəhlizlər vasitəsilə keçmək mümkün olurdu. İşğaldan sonra bu böyük saray kompleksi möhkəm dağıntılara məruz qalıb, kompleksin əmlakı talan edilmişdir.
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5027
XVIII əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5133
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5142