XVIII əsrin ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 337
Əsası 1752-ci ildə Qarabağ xanlığının əsasını qoymuş I Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulmuşdur. Şuşa yaylasını əhatə edən, yaylanın şimal hissəsi düzəngah olduğu üçün bu hissədə daha hündür və daha möhkəm inşa edilmiş Şuşa qalasının bir çox fraqmentləri günümüzə də gəlib çatmışdır. Qalanın 3 qapısı olub. Günümüzə ikisi, “Gəncə” qapısı və “Ağoğlan” qapısı gəlib çatmışdır. Qala uzun illər Şuşanı yadelli işğalçıların hücumlarından müdafiə etmişdir. 1795-ci ildə Qacarlar dövlətinin şahı Ağa Məhəmməd şah Qacar 80 minlik ordu ilə şəhəri 1 ay mühasirədə saxlamasına baxmayaraq Şuşanı işğal edə bilməmişdir. Şuşa qalası bu gün də öz təyinatına görə aktuallığını itirməmişdir. 44 günlük Vətən savaşında Şuşanı azad edən əsgərlərimiz sonradan düşmənin əks hücumunun qarşısını alarkən həm də qalaya sığınmışdılar. Şuşa şəhəri işğal altında olduğu dövrdə qala da möhkəm dağıntılara məruz qalmışdır. Şəhər azad edildikdən sonra qalanın böyük hissəsi bərpa edilmişdir.
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5027
XVIII əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5133
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5142