XVIII əsrin ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 348
Cıdır düzü Şuşanın cənub nisbətən düz, lakin daha yüksək hissəsindədir. Cıdır düzünün kənarındakı cığır qırx pilləkəna, Daşaltı dərəsinə və Xan mağarasına aparır. Mağara hələ XVIII əsrin ikinci yarısında sıldırım qayaların üzərində, təbii və dərin kahaların qarşısında istehkam divarlar, bürclər tikilməklə möhkəmləndirilməklə inşa edilmişdir. Bu həm təbii, eyni zamanda da insan əlinin əməyinin nəticəsi kimi yaradılmış müdafiə istehkamı rolunu oynayan mağaralar həm sığınacaq, eyni zamanda da dərədə toplaşaraq şəhəri mühasirəyə almağa çalışan düşmənin arxasına keçməklə ona ağır zərbələr endirmək məqsədilə tikilmişdi. Bu mağaralara sıldırım qayaların üzərində, yalnız Şuşa camaatına bəlli olan cığırlar aparırdı. Belə mağaraların sayı bir neçə dənə idi. Uzun illər ərzində baxımsız qalmış, işğal zamanı isə mənfur düşmən tərəfindən xandan qalmış qızıl-zinət əşyalarının axtarışı adı altında dağıntılara məruz qalmalarına baxmayaraq, bu mağaralar günümüzə gəlib çatmışdır.
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5027
XVIII əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5133
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5142