XVIII əsrin ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 345
Şuşa şəhərində iki cümə məscidinin olması E. Avalov tərəfindən şəhərdə iki islam icmasının fəaliyyət göstərməsi ilə izah edilir. Məscid ilk dəfə Şuşanın 1855-ci ilə aid baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir. Şəhərin ikinci cümə məscidi olan Aşağı Gövhər ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınmışdır. 1874-1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. Yeni məscidin inşası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan Aşağı məscid həm də Aşağı Gövhər ağa məscidi adı ilə tanınmağa başlamışdır. İşğal zamanı məscid möhkəm zədələnmişdir.
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5027
XVIII əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5133
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5142