XVIII əsrin ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 339
"Qara Böyük xanım" qəsri. Azərbaycanın hərb-qala memarlığının nadir incilərindən olan bu qəsr, iç qala XVIII əsrin ölkə əhəmiyyətli memarlıq abidəsidir. Elturan Avalovun müəllifi olduğu "Şuşa şəhərinin memarlığı" adlı kitabda bu qəsr haqqında geniş məlumat verilir. Qəsrin giriş qapısının üzərində olan kitabəyə əsasən qəsrin inşası 1768-ci ilə təsadüf edir. Qarabağ tarixçisi Mir Mehdi Xəzaninin xatırlatmalarında Pənahəlixanın, özünə Şuşa şəhərində "kiçik qalaya bənzər divarı və bürcləri olan saray", yaxınlıqda isə, təpənin üzərində böyük oğlu İbrahimxəlil xana "gözəl saray" tikdirdiyi göstərilir. 1865-ci ildə rus səyyahı və rəssamı V.V.Vereşagin tərəfindən çəkilmiş şəkildə qəsr təsvir edilib. Təəssüf ki, erməni işğalı nəticəsində qəsrin böyük hissəsi və şəkildə gördüyünüz qərb bürcü dağıdılmışdır.
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5027
XVIII əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5133
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5142